Boğazına yelləncək ipi dolanan yeniyetmə öldü - Şəmkirdə DƏHŞƏT

23:48 - 23 İyul 2025

Boğazına yelləncək ipi dolanan yeniyetmə öldü - Şəmkirdə DƏHŞƏT

Şəmkirdə 15 yaşlı qız ehtiyatsızlıqdan ölüb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.

Belə ki, 2010-cu il təvəllüdlü Gülşən adlı qız yaşadığı evin həyətində boğularaq ölüb.

İlkin məlumata görə, 15 yaşlı qızın boğazı həyətdəki yelləncəyin kəndirinə ilişib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az