Şuşada yanğının səbəbi - YENİLƏNİB

18:16 - 26 İyul 2025

Şuşada yanğının səbəbi - YENİLƏNİB

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.


***

14:56

Növbəti yanğın hadisəsi Şuşada baş verib.


Manset.az xəbər verir ki, hadisə rayonun Qala Dərəsi adlanan ərazisində baş verib.

Hadisə ilə bağlı əraziyə FHN-nin yanğınsöndürən briqadasının əməkdaşları cəlb olunaraq yanğının meşə ərazisinə keçməsinin qarşısını alıb.

Yanğın baş verən ərazidə 3 dəfə mina partlayışı baş verib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az