Toyda pilləkəndən yıxılan şəxs ağır xəsarət aldı.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaxdakı şadlıq evlərindən birində baş verib.
Əslən ağdamlı olan 2002-ci il təvəllüdlü Qarayev Orxan Nizami oğlu şadlıq evinin pilləkənlərindən yıxılaraq ağır xəsarət alıb.
O, Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər ona kəllə-beyin silkələnməsi diaqnozu qoyub. Durumu ağırdır.