Ötən gün Qaxda toy zamanı şadlıq evinin pilləkənindən yıxılan gənc bu gün səhər saatlarında dünyasını dəyişib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Qarayev Orxan Nizami oğlu yerləşdirildiyi xəstəxanada vəfat edib.
Qeyd edək ki, həkimlər 23 yaşlı gəncə kəllə-beyin silkələnməsi diaqnozu qoymuşdu.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            