Tovuzda 2 ay əvvəl baltalanan qadın öldü

12:47 - 27 İyul 2025

Tovuzda 2 ay əvvəl baltalanan qadın öldü

İyunun 6-da anası ilə birlikdə baltalanan 25 yaşlı Aliyə Namazova bu gün vəfat edib.


Manset.az Report-a istinadən xəbər verir ki, iki aydan artıqdır Bakı şəhərindəki xəstəxanalardan birində müalicə olunan qadın ölüb.

Hadisədə şübhəli bilinən ruhi xəstə olan 31 yaşlı Kainat Namazovun anası 55 yaşlı Sevinc Həsənova və bacısı Aliyə Namazovaya balta ilə xəsarət yetirdiyi, daha sonra yaşadıqları evi yandırdığı bildirilir.

Qeyd edək ki, hadisə zamanı S.Həsənova dünyasını dəyişmişdi.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az