Sabirabaddan Ağsuya qonaq gələn gənc qətlə Yetirildi

21:11 - 13 Dekabr 2021

Sabirabaddan Ağsuya qonaq gələn gənc qətlə Yetirildi

Ağsu rayonunda qətl hadisəsi törədilib.

Manşet.az xəbər verir ki, hadisə Padarqışlaq kəndində qeydə alınıb. Sabirabad rayonunun Balvar kənd sakini, 29 yaşlı Dərgahlı Məmmədkərim Kərim oğlu Padarqışlaq kəndində qonaq olarkən onunla qohumları arasında mübahisə yaranıb. M.Dərgahlı mübahisə zamanı bir neçə bıçaq xəsarəti alıb.

Ətrafdakı insanlar onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin yaralının həyatını xilas etmək olmayıb, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az