Qazax sakini Ağstafada qız üstə düşən mübahisə zəminində bir neçə şəxs tərəfindən döyülüb, vəziyyəti ağırdır.
Manşet.az-ın məlumatına görə, hadisə Ağstafa rayon Dağ Kəsəmən kəndində qeydə alınıb. Qazax rayon sakini, 2004-cü il təvəllüdlü K.M-yev mübahisə zəminində bir neçə şəxs tərəfindən döyülüb. O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.