Masallı sakini özünü Güllələdi

14:02 - 18 Dekabr 2021

Masallı sakini özünü Güllələdi

Masallıda kişi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

Manşet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinə dekabrın 17-də Qarğalıq kəndində yaşayan B.Ağamalıyevin evində ov tüfəngindən açdığı atəşlə özünü yaralaması barədə məlumat daxil olub. 

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerindən müvafiq sənədləri olmayan İJ-58 markalı ov tüfəngi götürülüb.

B.Ağamalıyev xəstəxanaya yerləşdirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az