Bakıda evdən 50 min manat pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Manşet.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisindəki evlərin birindən cari il noyabr ayının 15-dən dekabrın 14-dək olan müddətdə 50 000 manat pulun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Kazımov və Tərtər rayon sakini R.Ağazadə müəyyən edilərək saxlanılıb.