FHN Bərdədə ticarət obyektlərində baş verən yanğınla bağlı məlumat yaydı

08:53 - 19 Dekabr 2021

FHN Bərdədə ticarət obyektlərində baş verən yanğınla bağlı məlumat yaydı

Bərdə şəhərində ümumi sahəsi 500 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (avtomobil təmiri sexi, avtomobil ehtiyat hissələrinin satışı mağazası, ərzaq və ayaqqabı mağazası) ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 126 m² sahədə yanıb.

Bu barədə Manset.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Yüksək temperaturdan ayaqqabı mağazasının lambirindən ibarət tavanı 24 m² sahədə əriyib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az