Bakıda kişi öz evini yandırdı - Xəsarət alanlar var

09:58 - 19 Dekabr 2021

Bakıda kişi öz evini yandırdı - Xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. “İkinci mədən” adlanan ərazidə Məmmədov Elşən Məsud oğlu öz evini yandırıb. Hadisə zamanı E.Məmmədov və həyat yoldaşı Məmmədova Reyhan Aydəmir qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisəni törədən E.Məmmədov sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az