Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Manset.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
20:39
Axşam saatlarında Hövsan qəsəbəsində yerləşən yaşayış binalarının birində güclü yanğın başlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, yanğın qəsəbənin İlqar Əhlimanov küçəsi, “10-cu binalar” deyilən ərazisindəki binalardan birinin üstündə baş verib.
İlkin məlumata görə, yanğın binanın şaxta hissəsində başlayıb.
Əraziyə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb olunub. Lakin binanın həyəti sıx ağaclıq ərazi olduğundan onların yanğını söndürməkdə çətinlik çəkdikləri bildirilir.
Hazırda yanğın davam edir, sakinlər binadan təxliyə olunur.