Sumqayıtda YANĞIN - Zəhərlənənlər var

19:16 - 19 Noyabr 2025

Sumqayıtda YANĞIN - Zəhərlənənlər var

Sumqayıtda yaşayış evində yanğın baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki, yanğın nəticəsində 2002-ci il təvəllüdlü Məhyəddin Mahmud oğlu Mahmudzadə və həyat yoldaşı, 2003-cü il təvəllüdlü Xumar Elçin qızı Mahmudzadə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Yanğının başvermə səbəbi araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az