Lüks avtomobil ər-arvadı vurub öldürdü - Bakıda DƏHŞƏTLİ QƏZA (VİDEO)

11:03 - 22 Dekabr 2021

Lüks avtomobil ər-arvadı vurub öldürdü - Bakıda DƏHŞƏTLİ QƏZA (VİDEO)

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az-ın  məlumata görə, hadisə Xəzər rayonu Mərdəkan şosesinin Binə qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini Rövşən Əsgərov idarə etdiyi "Jeep Grand Cherokee” markalı avtomobillə yolda hərəkət edən zaman piyadalar üçün nəzərdə tutulmayan yoldan keçən 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Zahid Kazımovu vurub. 

Nəticədə piyadalar aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az