Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Minayə Nəbiyeva bıçaqlanıb.
Hadisə zərərçəkən şəxsin ofisiant işlədiyi, Şəmkir şəhəri ərazisində yerləşən kafenin qarşısında baş verib.
Xəsatəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.
Hadisəni törətməkdə M.Nəbiyevanın 20 yaşlı qardaşı Nurlan Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.