Bakıda evlərdən oğurluq edən "dilənçilər"ə hökm oxundu

18:52 - 27 Noyabr 2025

Bakıda evlərdən oğurluq edən \"dilənçilər\"ə hökm oxundu

Bakıda dilənçi qiyafəsində oğurluq edən şəxslərə hökm oxunub. 


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Ç.Abdullayev və Ş.Abdullayev "dilənçilik” etməklə evləri yoxlayırmış. Evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra isə ora daxil olaraq oğurluq edirlərmiş.

Onlar bu üsullar Bakıda iki evdən 20 000 manatlıq oğurluq ediblər. Evlərdən nağd pul və qızıl-ziynət əşyaları oğurlanıb. 

İşin maraqlı tərəflərindən biri də budur ki, onlar yaxın qohumdurlar. Ç.Abdullayev Ş.Abdullayevin qardaşı oğludur. 

Hər iki şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə baxılıb. 

Məhkəmənin hökmü ilə Ç.Abdullayev 2 il müddətinə, Ş.Abdullayev isə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az