Naxçıvanda 23 nəfər dəm qazından zəhərləndi - YENİLƏNİB

20:11 - 12 Dekabr 2025

Naxçıvanda 23 nəfər dəm qazından zəhərləndi - YENİLƏNİB

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olan 23 qadın evə buraxılıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkim-infektsionisti Tahirə Məmmədova deyib.

O qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərilib və onlar uzun müddət müşahidə altında saxlanılıb. Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabilləşdikdən sonra evə buraxılıblar.

***

18:57

Naxçıvan Muxtar Respublikasında (MR) 20-dən çox şəxs yas mərasimində dəm qazından zəhərlənib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Kültəpə kəndində baş verib.

İlkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az