Gəncədə qadın itkin düşdü - FOTO

12:40 - 13 Dekabr 2025

Gəncədə qadın itkin düşdü - FOTO

Gəncədə 38 yaşlı qadın itkin düşüb.


Manset.az xəbər verir ki, şəhər sakini Verdiyeva Samirə Murad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

S. Verdiyevanın əlamətləri: boyu 157 sm, dolu bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Gəncə Şəhər Baş Polis İdarəsinə (022 305 28 02, 050 888 99 87) məlumat vermələri xahiş olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az