Vüqar Əhməd saxlanıldı - AÇIQLAMA

18:40 - 15 Dekabr 2025

Vüqar Əhməd saxlanıldı - AÇIQLAMA

Tanınmış nəğməkar şair Vüqar Əhməd saxlanılıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, o səhər saatlarında işə gedərkən saxlanılıb. 

Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. 

V.Əhmədin saxlanılması ilə bağlı xəbəri Manset.az-a çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib. 

"Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq".



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az