Ağdamda bıçaqlanma hadisəsi olub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Baharlı qəsəbəsi ərazisində baş verib.
Belə ki, həmyerlilər arasında baş verən mübahisə zamanı Hüseynov Kənan və Hüseynov Elçin adlı qardaşlar bıçaqlanıblar.
Hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Rüstəmov Sadiq polis əməkdaşları tərəfindən saxlanılıb.