Restorandakı yanğın söndürüldü - YENİLƏNİB

10:28 - 19 Dekabr 2025

Restorandakı yanğın söndürüldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, Abşeron rayonu, Novxanı kəndində restoranda yanğın baş verib.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

DİN-in Mətbuat xidmətindən bildirilib ki, Sumqayıt şəhərində yerləşən hotellərdən birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

***

Sumqayıtda "Siyans" hoteli yanır.

Manset.az Report-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az