İtkin düşmüş balıqçılardan birinin meyiti İranda tapıldı

21:11 - 19 Dekabr 2025

İtkin düşmüş balıqçılardan birinin meyiti İranda tapıldı

Astara rayonunda itkin düşmüş hesab edilən balıqçılardan birinin meyiti Xəzər dənizinin İran sektorunda aşkar edilib.


Manset.az Report-a istinadən xəbər verir ki, tapılan meyitin bir neçə gün əvvəl itkin düşmüş hesab edilən balıqçı, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğluna aid olduğu ehtimal edilir.

Əldə olunan məlumata görə meyitin Azərbaycana təhvil verilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, itkin düşmüş balıqçılardan digərinin - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında tapılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az