Qazax rayonunda avtomobil hasara çırpılıb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Dəmirçilər kəndində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq hasara çırpılması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.