Lənkəranda kişi meyiti tapılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Şıxakəran kəndində baş verib.
Belə ki, kənd sakini Tofiq Abbasov həyətində, öz idarə etdiyi avtobusda ölü tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Onun ölümünün dəqiq səbəbi ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.