Məktəb direktoru avtomobillə piyadanı vurdu

21:11 - 13 Yanvar 2026

Məktəb direktoru avtomobillə piyadanı vurdu

Cəlilabadda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bədirli kəndində qeydə alınıb.

    Rayonun Babaxanlı kənd sakini Ziyatay Uruf oğlu Zeynalov idarə etdiyi avtomobillə Bədirli kənd sakini, piyada Xudu Abdulla oğlu Əliyevi vurub. Xəsarət alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya hospitalizasiya olunub.

    Həkimlər X.Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

    Qeyd edək ki, Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az