Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.
Ahmet və Buşra adlı tələbələrin Türkiyə vətəndaşları olduğu deyilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.