SEPAH-ın generalı Məhəmməd Əli Fətəlizadə hava zərbəsi nəticəsində öldürülüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Fatehin” xüsusi təyinatlı bölməsinin komandiri, briqada generalı aprelin 1-də İran ərazisinə qarşı davam edən ABŞ və İsrail zərbələri zamanı həlak olub.
Qeyd edək ki, SEPAH-ın “Fatehin” bölməsinin üzvləri yüksək səviyyəli hərbi hazırlıq keçmiş şəxslərdən ibarətdir və onlar daha əvvəl Suriyada aparılan döyüş əməliyyatlarında iştirak ediblər.