Obyektdəki yanğın tam söndürülüb - YENİLƏNİB

16:30 - 21 Yanvar 2026

Obyektdəki yanğın tam söndürülüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş verən yanğın tam söndürülüb.

Bu barədə Manset.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

***

13:30

Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir.

Manset.az xəbər verir ki, hazırda ərazidə yanğınsöndürmə işləri aparılır.

Hazırda yanğının digər mağazalara keçməsinin qarşısının alınması üçün yanğınsöndürmə işləri həyata keçirilir.

***

12:08

Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində (Dərnəgül), ilkin məlumata əsasən obyektdə yanğın başlayıb.

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az