Naftalanda evdən 54 yaşlı kişinin meyiti tapıldı

23:42 - 11 Fevral 2026

Naftalanda evdən 54 yaşlı kişinin meyiti tapıldı

Naftalanda yaşayış evində 54 yaşlı kişinin meyiti aşkarlanıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Bildirilib ki, Laçın rayon sakini, 1972-ci il təvəllüdlü R. Həsənovun meyiti Naftalanda yaşadığı evdə tapılıb. Ölümün səbəbi hələ məlum deyil.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az