Cəlilabadda ikimərtəbəli ev YANDI

20:31 - 21 Fevral 2026

Cəlilabadda ikimərtəbəli ev YANDI

Cəlilabadda ikimərtəbəli evdə yanğın olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi Buravar kəndində kənd sakini Amil Abdullayevə məxsus evdə baş verib. Evdə başlayan yanğın qısa müddət ərzində bütün otaqlara yayılıb. Əraziyə FHN-nin Cəlilabad və Yardımlı rayonlarından olan yanğından mühafizə hissəsinin texnika və canlı qüvvələri cəlb olunub. Bütün səylərə baxmayaraq, ikimərtəbəli ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

    İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hadisə zamanı ev sahibi ailəsi ilə birlikdə qardaşının evinə qonaq getdiyindən xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az