19 yaşlı tələbə futbol oynadığı yerdə qəfildən öldü

21:42 - 21 Fevral 2026

19 yaşlı tələbə futbol oynadığı yerdə qəfildən öldü

Gəncə şəhərində tələbə vəfat edib.


Manset.az APA-ya istinadən xəbər verir ki, Quba rayon sakini, 2007-ci il təvəllüdlü T.Quliyev futbol oynayarkən qəfil halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, müayinə zamanı onun həyatını itirdiyi müəyyən edilib.

    Qeyd edək ki, mərhum 2007-ci il təvəllüdlü T.Nuriyev Quba rayonunda anadan olub. O, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin II kurs tələbəsi idi.

    İlkin məlumata görə, tələbə ürək tutmasından vəfat edib. Meyit müvafiq ekspertiza üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az