Azərbaycanda 20 avtomobilin iştirakı ilə AĞIR QƏZA - Ölən və yaralanan var

11:27 - 01 Yanvar 2022

Azərbaycanda 20 avtomobilin iştirakı ilə AĞIR QƏZA - Ölən və yaralanan var

Hacıqabul rayonunda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var.

 

Manset.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Şirvan şəhəri ilə Hacıqabul rayonu ərazisinin kəsişdiyi körpüdə qeydə alınıb.

İlkin məlumata görə, zəncirvari qəza zamanı 20 maşın toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 4 nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az