Şəkidə yaşayış binasında YANĞIN

21:03 - 23 Fevral 2026

Şəkidə yaşayış binasında YANĞIN

Şəki şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 19:00 radələrində şəhərin M.Ə. Rəsulzadə prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. Belə ki, Tural İsmayılova məxsus 3 otaqlı mənzildə yanğın çıxıb.

    Əraziyə dərhal Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının genişlənməsinin qarşısı operativ şəkildə alınıb.

    Hadisə nəticəsində mənzilin otaqlarından birinin yanar konstruksiyaları zədələnib. Tüstülənmə səbəbindən 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

    Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az