"Qarabağ" Joni Montiellə arxadan yaxşı hücumlar qurur" - "Nyukasl"ın futbolçusu

22:47 - 23 Fevral 2026

\"Qarabağ\" Joni Montiellə arxadan yaxşı hücumlar qurur\" - \"Nyukasl\"ın futbolçusu

"Nyukasl" futbolçuları "Qarabağ"la matçda Ağdam təmsilçisinin yarımmüdafiəçisi Joni Montieli diqqətdə saxlayacaqlar.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu "Nyukasl" klubunun futbolçusu Ceykob Merfi "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

O, "Qarabağ"ın zəif rəqib olmadığını vurğulayıb:

"Qarabağ" əslində çətin rəqibdir. Heyətlərində 9 nömrəli futbolçu Joni Montiellə arxadan yaxşı hücumlar qururlar. Bu məqama diqqət yetirməliyik. Doğma meydanda çıxış etdiyimiz üçün öz oyun prinsiplərimizi tətbiq etməyə çalışacağıq".

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.

Ceykob Merfi


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az