Zaqatalada iki fərqli yaşayış evində yanğın oldu

14:32 - 01 Yanvar 2022

Zaqatalada iki fərqli yaşayış evində yanğın oldu

Zaqatala rayonunun Mosul kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Eyni zamanda rayonun Əliabad qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az