Kürdəmirdə 81 yaşlı qadın qidadan Zəhərləndi

15:45 - 01 Yanvar 2022

Kürdəmirdə 81 yaşlı qadın qidadan Zəhərləndi

Kürdəmir rayonunda 81 yaşlı qadın qidadan zəhərlənib.

Manşet.az "Report”a istinadən xəbər verir ki, hadisə Qarabucaq kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Gülputa Əlişiraz qızı Əhmədova bayram axşamı qidadan zəhərlənib. Yaxınları ona ilkin tibbi yardım göstərsələr də, vəziyyəti daha da ağırlaşıb. Qoca qadın daha sonra Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az