22 yaşlı oğlan bıçaqlandı - Biləsuvarda FACİƏ

11:40 - 26 Fevral 2026

22 yaşlı oğlan bıçaqlandı - Biləsuvarda FACİƏ

Biləsuvarda gənclər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində baş verib. Cəbrayıl rayon sakini 2004-cü il təvəllüdlü Fərid Həziyevin iş yoldaşları tərəfindən bıçaqlandığı bildirilir.
Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılan F. Həziyev əməliyyat olunub, reanimasiyaya yerləşdirilib.

    Əməli törətmək şübhəli bilinən 35 yaşlı Tural Əmirxanov və 26 yaşlı Əli Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.
    Qeyd edək ki, adı çəkilən şəxslər, rayonda tikilməkdə olan Günəş elektrik stansiyasının tikintisində çalışırlar.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az