Neftçalada avtomobil aşıb, xəsarət alanlar var.
Manset.az-ın report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında rayonun Qaravəli kəndində qeydə alınıb. Belə ki, minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində rayonun Boyat kənd sakinləri - 2001-ci il təvəllüdlü Mövlayev Əkbər Elman oğlu və 2001-ci il təvəllüdlü Hacıyev Sənan Bəxtiyar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.