Biləsuvar və Cəlilabad rayonlarında əsən güclü külək bir sıra fəsadlara səbəb olub.
Manset.az Report-a istinadən xəbər verir ki, külək Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələrə səbəb olub, bir neçə irigövdəli ağacı yerindən qoparıb.
Ağaclardan biri evin üzərinə düşüb və şəxsi tikilinin damına ziyan dəyib.
Bundan başqa külək Cəlilabad rayonunda da bəzi əraziləri işıqsız qoyub. Hazırda hər iki rayon ərazisində külək müşahidə olunur və leysan yağır.