Bəzi şəxslərə 1000 manat veriləcəyi haqda xəbər yaydı - Həbs olundu

23:57 - 27 Fevral 2026

Bəzi şəxslərə 1000 manat veriləcəyi haqda xəbər yaydı - Həbs olundu

Sosial şəbəkələrdə 1932-ci ildən 2017-ci ilə qədər doğulmuş vətəndaşlara Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1000 manat veriləcəyi ilə bağlı paylaşım edən şəxs həbs olunub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 35 yaşlı H.M-ya inzibati qaydada 9 sutka həbs verilib.

İnternetdə yayılması qadağan edilən məlumat paylaşmaqda təqsirli bilinən şəxsin bazarda satıcı işlədiyi məlum olub. O, əməlindən peşman olduğunu, bir daha belə şey etməyəcəyini deyib.

Qeyd edək ki, həmin paylaşım tiktokda qısa müddətdə 13 min nəfər tərəfindən izlənib. İzləyicilərin çoxu pulu necə ala biləcəklərini soruşublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az