Klinikada həkimin otağından pul oğurladı - Saxlanıldı 

19:18 - 04 Mart 2026

Klinikada həkimin otağından pul oğurladı - Saxlanıldı 

Ötən gün paytaxtın Səbail rayonunda klinikaların birindən oğurluq edilib.


Manset.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs gündüz saatlarında zərərçəkənin çantasından 5000 manat, bank kartları və şəxsi sənədlərini talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 58 yaşlı A.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs müayinə olunmaq bəhanəsi ilə tibb müəssisəsinə daxil olaraq həkim otaqlarını bir-bir nəzərdən keçirib və zərərçəkənin otaqda olmadığını fürsət bilərək oğurluq edib.

Faktla bağlı araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az