Şəmkir rayonunun Yeniabad kəndindəki istixanaların birinin hovuzunda boğulan qadının şəxsiyyəti və hadisənin təfərrüatı məlum olub.
Manset.az xəbər verir ki, bu, 1969-cu il təvəllüdlü Tatyana Əliyevadır.
Hadisə qadın istixananın hovuzunun yaxınlığından keçərkən baş verib. O, ehtiyatsızlıqdan hovuza düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.
20:07
Şəmkirdə orta yaşlı qadın hovuzda boğulub.
Manset.az report-a istinadən xəbər verir ki, hadisə Yeniabad kəndindəki istixanaların birində qeydə alınıb.
Orta yaşlı qadın (şəxsiyyəti dəqiqləşdirilir-red) istixanaya məxsus hovuzda boğulub. Onun meyiti sudan çıxarılaraq müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.