Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ

12:43 - 05 Mart 2026

Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ

“İranın dronla Naxçıvanı vurması nəticəsində məktəblərə hər hansı ziyan dəyməyib”. 


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Novruz Məmmədov bildirib. 

O qeyd edib ki, hazırda məktəblərdə tədris davam edir: “Hava limanı yaxınlığında yerləşən Şəkərəbad məktəbindən 500 metr aralıya dron düşüb. Hazırda məktəblərdə tədris davam edir. Sadəcə, bəzi valideynlər narahat olaraq uşaqlarını məktəbdən götürürlər. Amma məktəblərin işində fasilə yaranmayıb”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az