Evdə qızdırıcı partladı - Kişi yanıq xəsarətləri aldı

14:42 - 07 Mart 2026

Evdə qızdırıcı partladı - Kişi yanıq xəsarətləri aldı

Bərdə sakini Gəncədə xəsarət alıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Yasər Rüstəmli əl və üz nahiyəsinin yanığı ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, o, evdə qızdırıcının partlaması nəticəsində xəsarət alıb.

Kişini xəstəxanaya qonşusu çatdırıb.

1975-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Üzün və əlin üçüncü dərəcəli yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az