Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” və “VAZ-21015” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qəza yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.