Təmir sexi və içindəki maşın Yandı

21:35 - 03 Yanvar 2022

Təmir sexi və içindəki maşın Yandı

Neftçala şəhərində avtomobil təmiri sexi və içindəki maşın yanıb.

Manşet.az FHN-ə istinadən xəbər verir ki, avtomobil təmiri sexinin tavanı və içərisində təmirə dayanan "Niva" markalı minik avtomobilinin salon hissəsi yanıb. Yüksək temperaturdan sexin şiferdən ibarət dam örtüyü dağılıb.

Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az