Yaşayış evində YANĞIN 

09:00 - 15 Mart 2026

Yaşayış evində YANĞIN 

Zaqatalada fərdi yaşayış evində yanğın hadisəsi baş verib.


Manset.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qımır kəndində, kənd sakini 1989-cu il təvəllüdlü Mazanov Xoşbəxt Etibar oğluna məxsus yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar.

Yanğın zamanı ümumi sahəsi 450 kvadratmetr olan 2 mərtəbəli yaşayış evinin dam örtüyünün 225 kvadratmetr hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az