Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Opel" markalı avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb.
Qəza nəticəsində Mingəçevir şəhər sakini, 2003-cü il təvəllüdlü Əhmədova İlahə, Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Əhmədova Əfiqə, Saatlı rayon sakini, 1999-cuil təvəllüdlü Ağayev Miryəhya müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.