Avtomobil azyaşlını vuraraq öldürdü - Kürdəmirdə DƏHŞƏT 

14:40 - 22 Mart 2026

Avtomobil azyaşlını vuraraq öldürdü - Kürdəmirdə DƏHŞƏT 

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Çöl-Ərəb kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Hüseynov Hidayət Sahil oğlu yolu keçərkən "VAZ-2107" markalı avtomobil onu vurub. Ağır xəsarətlər alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az