Şirvanda qəza - Yaralılar var 

23:11 - 22 Mart 2026

Şirvanda qəza - Yaralılar var 

Şirvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Şirvan şəhər sakinləri, 1991-ci il təvəllüdlü Əmrahov Rüfət Habil oğlu, 2010-cu il təvəllüdlü Quliyeva Fatimə Pərviz qızı, 1984-cü il təvəllüdlü Şatayeva Aynurə Zaur qızı və 2004-cü il təvəllüdlü Şatayev İsmayıl Elxan oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan üç nəfər ambulator müalicəyə buraxılıb. R. Əmirov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az